- Baxış sayı: 38
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0

“Neftçi” Yusuf Lavalı “Arouka”ya satır. Allsport.az xəbər verir ki, “ağ-qaralar” Portuqaliya klubu ilə Lavalın satışı ilə əlaqədar rəsmi danışıqlara başlayıb.
Nigeriyalı yarımmüdafiəçi bu gün komandanın düşərgəsindən ayrılaraq Bakıya dönəcək. O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək.
Yusuf Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq.