- Baxış sayı: 172
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 172
- Dekabr 05, 2025
- 0

Azərbaycan premyer liqasında VI turun daha bir oyunu keçirilib. Allsport.az xəbər verir ki, günün ikinci matçında son çempion “Neftçi” “Səbail”in qonağı olub.
Qarşılaşma flaqmanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Ağ-qaralar”ın heyətində Yusuf Laval 26-cı dəqiqədə hesabı açıb. Qonaqların yeni transferi Tiaqo Bezerra 45+1-ci dəqiqədə 2 iki topa çatdırıb. Braziliyalı hücumçu 78-ci dəqiqədə özünün 2-ci komandasının 3-cü qoluna imza atıb. 90+5-ci dəqiqədə Nikolas Raysel meydan sahiblərinin təsəlli qolunu vurub.
Qələbə sayəsində xallarının sayını 13-ə çatdıran “Neftçi” 1-ci pilləyə yüksəlib.