- Baxış sayı: 37
- 30 Mart 2026 21:25
- Baxış sayı: 327
- Mart 30, 2026
- 0

Bayraqdar məşqləri bərpa edib. Allsport.az saytı xəbər verir ki, “Neftçi-2” ilə yoxlama oyunundan (1:0) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün öz bazasında bir araya gəlib.
Hazırlıqda zədəli Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olmuş futbolçular iştirak etməyiblər. Sabah da bir məşqlə olacaq.
Topaz premyer liqasının 4-cü turu çərçivəsində sentyabrın 16-da “8-ci km” stadionunda “Neftçi” – “Keşlə” oyunu saat 21:00-da başlayacaq.