- Baxış sayı: 37
- 30 Mart 2026 21:25
- Baxış sayı: 354
- Mart 30, 2026
- 0
“Neftçi”nin qış hazırlığı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, ilk mərhələ yanvarın 5-dən 9-dək Bakıda baş tutacaq və fiziki hazırlığa həsr olunacaq.
Əsasən taktiki çalışmalardan ibarət təlim-məşq toplanışının 2-ci mərhələ yanvarın 10-dan 25-dək Türkiyədə olacaq. Antalyanın Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır.
Bakı təmsilçisi yanvarın 14-də Macarıstanın “Kişvarda”, ayın 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq. Yanvarın 24-dəki rəqib hələ müəyyənləşməyib.