- Baxış sayı: 22
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 94
- Dekabr 05, 2025
- 0

“Neftçi”dən Türkiyənin “Bursaspor” klubuna keçən millimizin üzvü Namiq Ələskərovun yeni komandasında debütü ləngiyir.
Allsport.az saytı xəbər verir ki, o, Türkiyə 1-ci liqasının 2-ci turunun bugünkü oyununu da buraxacaq. Buna səbəb Bursa təmsilçisinin 26 yaşlı yarımmüdafiəçini sifariş edə bilməməsidir.
Namiq “Ərzurumspor”la matç üçün səfərə aparılsa da, meydana çıxa bilməyəcək. Bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.
“Neftçi”nin mətbuat xidmətindən reporta verilən açıqlamada, onun transfer vərəqəsinin qarşı tərəfə verilmədiyi təsdiqlənib.
Namiq Ələskərov “yaşıl timsahlar”la 2 illik müqavilə imzalayıb.