- Baxış sayı: 41
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Neftçi”nin 2025/2026 mövsümünə hazırlıq planı müəyyənləşib.
Allsport.az xəbər verir ki, “ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” futbol mərkəzində keçəcək.
Hazırlıq prosesinin ikinci mərhələsi iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq.
“Binkovski Hotel”də məskunlaşacaq komanda bu müddətdə 4 yoxlama görüşü keçirəcək. Oyunlar iyulun 17, 22, 27-də və avqustun 1-də baş tutacaq. Üçüncü matçda rəqib “Asteras” (Tripolis, Yunanıstan), sonuncu oyunda isə AEL (Kipr) olacaq.
Yoxlama görüşlərinin başlama saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.