“Neftçi” premyer liqanın ən bahalı klubudur. “Ağ-qaralar” sonda çempion ola biləcəkmi?

Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın oyunçularının ümumi qiyməti 16 630 000 avrodur. 2-ci pillədə “Qarabağ” yer alıb. Heyətin dəyəri 13 700 000 avrodur. İlk üçlüyü “Sabah” klubu tamamlayır (13 380 000 avro).

Transfermarkt portalına görə, “Zirə” (7 550 000 avro) 4-cü, “Turan Tovuz” (6 650 000 avro) 5-ci, “Sumqayıt” (6 380 000 avro) 6-cı sırada qərarlaşıb.

7-ci pillədəki “Qəbələ”nin dəyəri 5 630 000, 8-ci sıradakı “Səbail”in qiyməti 4 330 000 avrodur.

Son 2 pilləni isə bölgə təmsilçiləri – “Araz-Naxçıvan” (3 980 000 avro) və “Kəpəz” (3 230 000 avro) klubları tuturlar.

Azərbaycan premyer liqasının ümumi dəyəri 80 600 000 avro təşkil edir.

Həmin kateqoriyadan