- Baxış sayı: 37
- 30 Mart 2026 21:25
- Baxış sayı: 332
- Mart 30, 2026
- 0

“Neftçi” 8-ci turda “Qəbələ” ilə oyuna hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün flaqman “İsmət Qayıbov” adına bazada növbəti məşqə çıxıb.
Çalışmada Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.
Bu görüş oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək.