- Baxış sayı: 47
- 12 Fevral 2026 23:16
- Baxış sayı: 26
- Fevral 12, 2026
- 0

Azərbaycan premyer liqasının XXI turu çərçivəsində keçirilməli olan “Neftçi” – “Qarabağ” oyunu təxirə salınıb.
Allsport.az xəbər verir ki, bu barədə peşəkar futbol liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
PFL “Qarabağ” klubunun müraciəti, “Neftçi”nin isə buna razılıq verməsi ilə bağlı rəsmi cavabı əsasında qarşılaşmanı başqa tarixdə keçirməyə qərar verib.
Görüşün fevralın 21-də keçirilməsi planlaşdırılmışdı. Qarşılaşmanın yeni tarixi barədə əlavə məlumat veriləcək.