- Baxış sayı: 47
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilən 3×3 basketbol üzrə dünya qadın seriyasının final mərhələsində, “Neftçi” nin qrup oyunları yekunlaşıb.
Allsport.az xəbər verir ki, təmsilçimiz “Neftçi” B qrupunun ilk görüşündə ABŞ millisinə 13-16, ikinci oyunda Çin millisinə 10-21 hesabı ilə məğlub olsa da, sonuncu oyununda “Yuanda” (Çin) klubuna 16-12 hesabı ilə qalib gələrək qrup üçüncüsü kimi “play-in”ə vəsiqə qazanıb.
Bu mərhələdə “Neftçi”nin rəqibi Fransa millisi olacaq.
Qarşılaşma sentyabrın 17-də Bakı vaxtı ilə saat 11:25 -də baş tutacaq.