- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Çempionlar liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olan “Çelsi” klubu “Bakcell arena”da məşq keçib. Allsport.az saytı xəbər verir ki, “Neftçi”nin prezidenti Orxan Hüseynzadə və vitse-prezident Elnur Eyvazov stadionda olan London təmsilçisinin katibi Devid Bernard və baş məşqçi Antonio Konte ilə görüşüb. Klub rəsmiləri akademiyalar arasında əməkdaşlıq perspektivləri haqda fikir mübadiləsi aparıblar.
Ölkəmizin ən qocaman klubunda uşaq futbolunun inkişafına xüsusi əhəmiyyət verildiyini qonaqların nəzərinə çatdıran Orxan Hüseynzadə “Neftçi” Futbol Akademiyasının istedadlı yetirmələrinin “Çelsi”də təcrübə toplaması üçün İngiltərə təmsilçisinin nümayəndələrinə təklif irəli sürüb. Devid Bernard prezidentin təklifini müsbət dəyərləndirərək bu cür əməkdaşlığın faydalı olacağını vurğulayıb.
“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov dünyaşöhrətli klubu qonaq etməkdən məmnunluğunu bildirib. Qonaqpərvərliyə görə təşəkkür edən Antonio Konte “Bakcell Arena”dakı məşqin təşkilindən razı qaldıqlarını söyləyib. Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.