- Baxış sayı: 22
- 26 Noyabr 2024 15:13
- Baxış sayı: 157
- Noyabr 25, 2024
- 0
Əsas komandanın son oyunlarda uğursuz çıxışı müşahidə şurasının ötən ayın 28-də yığışmağa məcbur edib. Allsport.az saytı xəbər verir ki, həmin iclasda klubda islahatların davam etdirilməsi haqqında qərarlar, eyni zamanda, ayın 9-da klubun səhmdarları ilə keçirilmiş görüşdə bunun ən qısa zamanda yerinə yetirilməsi nəzərdə tutulub. Bununla əlaqədar “Neftçi” bir sıra ciddi qərarlar qəbul edib.
– Vəli Qasımov “A” komandanın baş məşqçisi vəzifəsindən azad edilsin;
– Elnur Məmmədov klubun icraçı direktoru vəzifəsindən azad edilsin;
– Mübariz Xudiyev klubun icraçı direktorunun idman məsələləri üzrə müavini vəzifəsindən azad edilsin;
– İcraçı direktorun idman məsələləri üzrə müavini vəzifəsi klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilsin.
“Neftçi” klubu yuxarıda adları sadalanan şəxslərə klubdakı fəaliyyətinə görə təşəkkürünü bildirir və onlara gələcək karyeralarında uğurlar arzulayır. Yeni təyinatlarla bağlı məlumat yaxın zamanda elan olunacaq.