- Baxış sayı: 26
- 29 Mart 2026 12:01
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Neftçi” konfrans liqasının 2-ci ələməsinin ilk oyununda Bosniya və Hersoqovinada “Jelezniçar”la qarşılaşıb.
Allsport.az saytı xəbər verir ki, Sarayevoda keçirilən görüşdə meydan sahibləri ilk hissəni 2:1 üstün bitirsə də, növbəti yarıda qonaqlar geridönüş edə biliblər. Baş hakimin əlavə etdiyi 8 dəqiqədə “xalq komandası” bərabərlik qolunu vurub.
Bizdən Kilan Lebon (44 dəq) və Rəhman Hacıyev (90+5 dəq) fərqləniblər.
Tərəflər arasında cavab oyunu avqustun 3-də Bakıda keçiriləcək.