- Baxış sayı: 39
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Premyer liqanın 4-cü turunda “Sumqayıt”la oyunun hazırlığına start verən “Neftçi” bu günün səhər məşqini başa vurub.
Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” klubun bazasındakı meydançada məşq edib. Axşam məşqi İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq.
Hazırlıq hələ də baş məşqçi əvəzi Elşad Əhmədovun rəhbərliyi ilə keçir.