- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Bu gün Topaz Premyer Liqasında 2016/17 mövsümünə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 28-ci turun görüşləri eyni gündə keçirilib. Son turun üç matçı eyni saatda start götürüb. “Zirə” səfərdə AzAL üzərində 3:0 qələbə ilə Avropa liqasına son vəsiqəyə sahib çıxıb.
“Kəpəz” də “İnter”ə qalib gəlib (1:0). Amma bu, gəncəlilərin mövsümü 5-ci pillədə bitirməsinə kömək edib. “Sumqayıt”ın gümüş medalçı “Qəbələ” üzərində qələbəsi heç nəyi dəyişməyib – 2:1.
Mövsümün qapanış matçında isə “Neftçi” ilə “Qarabağ” qarşılaşıb. Ardıcıl 4-cü çempionluğun sevincini yaşayan Ağdam klubu əzəli rəqibinə bu oyunda da qalib gəlib (2:1).