- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 511
- Mart 30, 2026
- 0
Sabah “Neftçi”nin Antalya toplanışında Tehran “İstiqlal” ilə keçirilməli olan yoxlama oyunu ləğv edilib. Allsport.az saytı xəbər verir ki, buna səbəb baş məşqçi Roberto Bordinin qərarıdır.
İtaliyalı mütəxəssis fiziki yüklü məşqlərdən sonra futbolçuların ard-arda iki yoxlama oyununda meydana çıxacaqları halda, onların zədələnmə ehtimalının artmasını əsas gətirərək, belə qərar qəbul edib.
Dünən “Qaz Metan”la (Rumıniya) sınaq matçında qələbə qazanan (3:0) “ağ-qaralar” yanvarın 23-də “Slovan” (Libereç, Çex Respublikası), 26-da “Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.