- Baxış sayı: 36
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Azərbaycan premyer liqasında 25-ci tur başa çatıb.
Allsport.az xəbər verir ki, turun son oyununda “Neftçi” evdə “Turan Tovuz”la qarşılaşıb və 4:0 hesablı qələbə qazanıb.
Hesabı 20-ci dəqiqədə Sezar Meza Kolli açıb. Emin Mahmudov 24 və 84-cü dəqiqələrdə fərqlənərək dubl edib. 72-ci dəqiqədə isə Mateus Saldanya qol vurub.
“Neftçi” turnir cədvəlində 52 xalla 3-cü, “Turan Tovuz” isə 26 xalla 6-cıdır.