- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Qış fasiləsində heyətini əsaslı şəkildə gücləndirməyə qərar verən “Neftçi” növbəti transferini həyata keçirib. Allsport.az saytı xəbər verir ki, 8-qat ölkə çempionu Donetsk “Olimpik”inin müdafiəçisi Kirill Petrovla anlaşıb.
26 yaşlı futbolçu azad agent statusu daşıyıb. O, Antalyaya yollanıb “ağ-qaralar”ın düşərgəsinə qoşulacaq.