- Baxış sayı: 35
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
AFFA-nın intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, yığıncaqda Azərbaycan premyer liqasının XXV turunda baş verənlər müzakirə olunub.
“Turan Tovuz”la oyunda qırmızı vərəqə alan “Zirə”nin futbolçusu İssa Cibrila 1 matç cəzalanıb, klubu 800 manat cərimə edilib.
“Qəbələ” – “Səbail” qarşılaşmasında meydan sahiblərini azlıqda qoyan Lukas Afrikonun da cəzası eyni olub.
Komitə “Neftçi” – “Qarabağ” matçı ilə də bağlı qərarlar verib. 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimələnib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “ağ-qaralar” 800 manat ziyana düşüb.
Paytaxt klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilib. “Qarabağ” azarkeşləri tərəfindən rəqib futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat cərimə ödəyəcək.