- Baxış sayı: 22
- 27 Noyabr 2024 10:00
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
AFFA intizam komitəsi növbəti iclasını keçirib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 16-cı turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.
“Neftçi” – “Qarabağ” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən təhqiredici ifadələrin işlənməsinə görə klub 4000 manat ziyana düşüb.
“Köhlən atlar”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsinə görə Ağdam klubu 800 manat cərimə edilib.
“Sabah” – “Şamaxı” oyununda “Sabah” komandasının oyunçusu Kristian Sebalyos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.
“Şamaxı” komandasının oyunçusu Elçin Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat ziyana düşüb.
“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” komandasının qapıçısının formasında qüsur olduğu üçün oyun vaxtında başlanmadığına görə klubu 800 manat cərimə edilib.
“Sumqayıt” komandasının oyunçusu Vüqar Mustafayev ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.