- Baxış sayı: 205
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 205
- Dekabr 05, 2025
- 0

Bu gün Topaz premyer liqasında 14-cü tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, eyni gündə baş tutan 4 oyunla komandalar qış fasiləsinə yollanıblar.
Öncə debütant “Sabah” autsayder “Keşlə” ilə üz-üzə gəlib. Tərlan Əhmədovlu qonaqlar gözlənilmədən qalib gəliblər (2:1 ).
Son illərin dəyişməz çempionu “Qarabağ” digər autsayder “Zirə”nin qapısından 6 cavabsız top keçirib.
3-cü yerdə qərarlaşan “Səbail” paytaxtda “Qəbələ”ni qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib (0:0).
Ötən tur qış çempionluğunu təmin edən “Neftçi” öz meydanında “Sumqayıt”ın müqavimətini qıra bilməyib – 0:0.