- Baxış sayı: 94
- 15 Yanvar 2026 12:58
- Baxış sayı: 45
- Yanvar 15, 2026
- 0

Bu gün kişi voleybolçuların yüksək liqasında IX turun növbəti oyunu keçirilib.
Allsport.az xəbər verir ki, FHN-in idman zalında “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gəlib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunda qalib tay-brekdə müəyyənləşib. Rəqibini 3:2 hesabı ilə məğlub edən “Neftçi” 7 qələbə və 20 xalla turnir cədvəlində liderliyini möhkəmləndirib.
“Xilasedici” komandası isə 5 qələbə və 16 xalla 3-cü pillədə qərarlaşıb.
Turun daha bir qarşılaşması sabah “Gənclər” və “Murov Az Terminal” komandaları arasında keçiriləcək.
13 yanvar
Yüksək liqa (kişilər)
IX tur
“Xilasedici” – “Neftçi” 2:3 (25:22, 25:17, 22:25, 23:25, 15:17)