- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Rumıniyada Eudjen Nyaqoenin “Universitatya Krayova”ya baş məşqçi təyin olunması müzakirə edilərkən “Neftçi”nin çalışdırıcısı Laurentsiu Regekampfın bu posta namizəd olduğu məsələsinə toxunulub. Allsport.az xəbər verir ki, “ProSport” nəşri Regekampfın namizədliyinin reallaşmamasının səbəbini tapıb.
Rumıniyalı həmkarlarımız məsələ haqda belə yazıblar:
“Namizədlər siyahısında ilk olaraq Laurentsiu Regekampfın adı olub. Tərəflər arasında danışıqlar o qədər də yaxşı alınmayıb. Əslində, “Neftçi” Azərbaycan kubokunun yarımfinalına vəsiqə qazanmasaydı, Regekampf “Universitatya Krayova”ya qayıdacaqdı”.
Rumıniya saytının yazdığına görə, Krayova klubunun yeni baş məşqçisi siyahıda yalnız dördüncü olub.