- Baxış sayı: 178
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 178
- Dekabr 05, 2025
- 0

“Neftçi” klubunun tibbi-bərpa mərkəzi komandanın zədəli futbolçularının hazırkı durumu ilə bağlı xəbər yayıb. Allsport.az saytı sizi həmin məlumatla tanış edir: “Komandamızın əsas heyətinin üzvü Elşən Abdullayev müalicə və bərpa prosesini davam etdirir. Futbolçu hazırda fərdi məşqlər edir. Yarımmüdafiəçinin oktyabrın 10-da komanda ilə məşqlərə cəlb olunması planlaşdırılır.
Cavid İmamverdiyev sol budundan aldığı zədədən müalicə olunur. Komanda ilə məşqlərdən kənarda qalan yarımmüdafiəçinin 3-4 həftəyə sağalacağı gözlənilir. Katalin Tira ayaq əzələsindəki zədədən müalicə olunur. Hücumçu oktyabrın 10-da komanda ilə məşqlərə qoşulacaq.
Kamran Nəcəfzadə isə sağ dabanının zədəsinə görə Almaniyada müayinə olunub. Almaniyalı mütəxəssislərin rəyinə görə, yarımmüdafiəçiyə cərrahi müdaxilə olunmasına ehtiyac var. Əməliyyatdan sonra bərpanın müddəti 9 aydır”.