- Baxış sayı: 65
- 19 Dekabr 2025 00:10
- Baxış sayı: 65
- Dekabr 18, 2025
- 0

“Neftçi” futbolçusu Dembo Darbo ilə yolunu ayırıb.
Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi qambiyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Darbo 2024-cü ilin avqustundan “ağ-qaralar”ın şərəfini qoruyurdu.
Dembo Darbo “Neftçi”nin heyətində keçirdiyi 19 oyunda 5 qolla yadda qalıb.