“Neftçi”də qvineyalı yarımmüdafiəçi
1 dekabr 2018 / 14:44 Baxış sayı: 757 “Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Allsport.az saytı xəbər verir ki, qvineyalı Mamadu Kane ilə 3-illik müqavilə bağlanılıb. Oktyabrın 15-dən “Neftçi”də baxışda olan 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidir. O, yeni komandasında 36 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, bundan əvvəl Qvineyanın “Kalum Star” klubunun üzvü olmuş Mamadu bu ölkənin U-20 millinin komandasında oynayıb və dünya çempionatında iştirak edib.