- Baxış sayı: 22
- 01 Aprel 2026 12:59
- Baxış sayı: 801
- Mart 30, 2026
- 0

“Neftçi”nin üzvləri AFFA-nın təlimatına və tövsiyəsinə əsasən dünən və bu gün koronavirus testi verib. Allsport.az xəbər verir ki, təlim-məşq bazasında məşqçilər, futbolçular, inzibati və tibbi heyətlə yanaşı, idarə heyətinin üzvlərindən də test götürülüb.
Kollektivin heç bir üzvündə pozitiv çıxmayıb.
“Neftçi” PFK-nın bütün iş sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, virusa qarşı qabaqlayıcı tədbirlər görülür.