- Baxış sayı: 29
- 10 Fevral 2026 23:35
- Baxış sayı: 29
- Fevral 10, 2026
- 0

“Xalq komandası” ilin ilk keçidini həyata keçirib. Allsport.az saytı xəbər verir ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi Breno Almeyda ilə 2.5 illik müqavilə imzalanıb.
Onun son klubu “Etnikos” olub. 27 yaşlı futbolçu 2024-cü ilin yayından çıxış etdiyi Kiprdə bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, 3 qol və 5 məhsuldar ötürmə edib.
O, Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb.