- Baxış sayı: 27
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 25
- Noyabr 26, 2024
- 0
Allsport.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan premyer liqasının cari mövsümündə 7-ci dəfə penaltidən qol vurub. 31 yaşlı yarımmüdafiəçi “Qəbələ” ilə ev görüşündə (1:2) fərqlənib.
Mahmudov bununla da “Neftçi”nin tarixində yeni rekorda imza atıb. O, “ağ-qaralar”ın heyətində Azərbaycan çempionatlarında bir mövsümdə ən çox penalti vuran futbolçu olub.
Eminə qədər rekord 6 penaltiyə bərabər idi. 1992-ci ildə Yunis Hüseynov, sonradan Adrian Neaqa (2009/10), Ruslan Qurbanov (2015/16) və Namik Ələskərov (2020/21) eyni çempionatda 6 dəfə 11 metrlik cərimə zərbəsi vurub.
Ruslanın bir zərbəsi qeyri-dəqiq olubsa, digər futbolçular 6 penaltinin hamısını qola çevirib.