- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 122
- Fevral 06, 2026
- 0

“Neftçi” premyer liqasının XV turunda “Səbail”lə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” ev oyununda 3:1 hesablı qələbə qazanıb.
Bu, ölkə çempionatlarında 3 və ya daha çox qol vurduğu 200-cü matç olub. Flaqman yubileyə 868-ci qarşılaşmasında çatıb. Ən azı, 3 qol vurulan matçların sayında mütləq rekordçudur.
Paytaxt təmsilçisi bu 200 oyundan 109-da 3-dən çox, 91-də 3 top vurmağı bacarıb.