- Baxış sayı: 19
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 19
- Noyabr 25, 2024
- 0
“Neftçi”nin U-14 komandası Rusiyanın Krasnodar şəhərində təşkil olunan “Dəri top” turnirinin 3-cü matçında da qələbəni bayram edib. Allsport.az xəbər verir ki, bu gün baş tutmuş görüşdə “Neftçi” “Spiru Xaret” (Kişinyov, Moldova) komandasını 4:1 hesabı ilə üstələyib.
“Neftçi”nin heyətində Valeh Qəhrəmanlı dubl edib, Musa Qurbanlı və Murad Abbaslı hərəyə bir dəfə fərqləniblər.
“Neftçi” B qrupundakı 4-cü oyununu sabah “Nadejda” (Krasnodar, Rusiya) komandasına qarşı keçirəcək.
Xatırladaq ki, yeniyetmə futbolçularımız turnirin ilk matçında “Umed” (Düşənbə, Tacikistan) klubunu 3:0, ikinci görüşdə isə “Puls” (Yakutsk, Rusiya) klubunu 2-1 hesabı ilə məğlub etmişdi.