- Baxış sayı: 61
- 04 Dekabr 2025 21:18
- Baxış sayı: 130
- Dekabr 05, 2025
- 0

UEFA Albaniyanın “İsgəndərbəy” klubunu bir mövsüm avrokuboklardan uzaqlaşdırıb. Allsport.az saytı xəbər verir ki, buna səbəb komandanın danışılmış oyunlarda iştirakıdır.
“Ağ-qırmızılar” rəsmi saytı vasitəsi ilə yaydığı bəyanatda bu qərarla razılaşmadığını bildirib. Albaniya təmsilçisi qərarla bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini açıqlayıb.
“İsgəndərbəy” cari ildə Albaniya çempionu olub. Bu kollektiv 2013/14 mövsümündə Bakı “Neftçi”sini Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb.