- Baxış sayı: 122
- 08 May 2026 23:17
- Baxış sayı: 132
- May 08, 2026
- 0

Çempionlar liqasının əsas mərhələsinin yekunlarına əsasən pley-off mərhələsinə vəsiqə qazanmış bütün komandalar müəyyənləşib.
Allsport.az xəbər verir ki, turnirin birbaşa 1/8 final mərhələsinə vəsiqə əldə edən ilk səkkiz klubun siyahısına “Arsenal”, “Bavariya”, “Liverpul”, “Tottenhem”, “Barselona”, “Çelsi”, “Sportinq” və “Mançester Siti” daxil olublar.
Səkkizdəbir finala çıxmaq uğrunda keçid oyunlarında isə “Real”, “İnter”, PSJ, “Nyukasl”, “Yuventus”, “Atletiko”, “Atalanta”, “Bayer”, Dortmund “Borussiya”sı, “Olimpiakos”, “Brügge”, “Qalatasaray”, “Monako”, “Qarabağ”, “Budo/Qlimt” və “Benfika” komandaları mübarizə aparacaqlar. Bu mərhələnin ilk qarşılaşmaları fevralın 17-si və 18-də, cavab oyunları isə fevralın 24-ü və 25-də baş tutacaq.