- Baxış sayı: 122
- 08 May 2026 23:17
- Baxış sayı: 133
- May 08, 2026
- 0

Çempionlar liqasının son turunda keçirilən “Benfika” – “Real Madrid” matçı dramatik hadisə ilə yadda qalıb.
Allsport.az xəbər verir ki, Lissabon təmsilçisinə pley-offa yüksəlmək üçün mütləq iki top fərqi ilə qələbə lazım olduğu bir vaxtda, oyunun 90+8-ci dəqiqəsində ukraynalı qapıçı Anatoli Trubin rəqib qapısına başla tarixi qol vurub.
Bu qol sayəsində hesabı 4:2-yə çatdıran “Benfika” turnir cədvəlində 24-cü pilləyə yüksələrək növbəti mərhələyə vəsiqə qazanıb. Trubin turnir tarixində qol vuran 5-ci qapıçı kimi tarixə düşüb.