- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviç xoşagəlməz hadisənin iştirakçısı olub. Allsport.az saytı xəbər verir ki, bir müddət Azərbaycan millisində də çalışmış serbiyalı məşqçi vətənində silahlı qalmaqala düşüb. Hadisə paytaxt Belqradda kafelərin birində yaşanıb. Səhərə yaxın yaşanan qalmaqal zamanı Miçoviçin bir neçə nəfəri döydüyü iddia olunur. Bu da əks tərəfin silahlı cavabı ilə nəticələnib.
Apasport.az saytının məlumatına görə, atışma nəticəsində üç nəfər yaralanıb. Onlardan biri də elə özüdür. Qapıçı ilə yanaşı, Vladimir Miloyeviç və Azərbaycan vətəndaşı Yaşar Ustanov (Rüstəmov) da xəsarət alıb. Kafedə olan daha iki nəfər dava-dalaş zamanı başından yaralanıb. Hadisə yerinə gələn polis araşdırma aparır.