- Baxış sayı: 33
- 23 Aprel 2025 22:37
- Baxış sayı: 65
- Aprel 23, 2025
- 0
Bu gün “Bakcell arena”da “Neftçi”nin 1-ci divizionda əvəzedici komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Allsport.az saytı xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Məşğələdə “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.