- Baxış sayı: 19
- 05 Dekabr 2025 17:24
- Baxış sayı: 88
- Dekabr 05, 2025
- 0

“Neftçi” klubunun 2 futbolçusu Azərbaycan millisinə dəvət olunub. Allsport.az saytı xəbər verir ki, Ruslan Abışov və Namik Ələskərov DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya yığması ilə iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna çağırılıblar.
Milli komandamız bu matça hazırlıq məqsədilə mayın 15-dən 20-dək Bakıda, bu ayın 20-dən iyunun 3-dək Avstriyada təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi gələn ayın 3-dən etibarən yenidən paytaxtımızda davam edəcək.