- Baxış sayı: 25
- 09 Aprel 2025 12:53
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
“Neftçi” 3-cü turda “Qarabağ”la oyunun hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komanda geridə qalan gündə doğma bazasında növbəti məşqinə çıxıb. Hazırlıqda Ruslan Abışov və ayağında yüngül ağrılar hiss edən Soni Mustivar iştirak etməyiblər.
Əvəzində müalicəsini başa vuran Rəşad Eyubov və “Qəbələ” ilə oyundan sonra yüngül zədəsi olan Məhəmməd Mirzəbəyov komanda ilə birlikdə hazırlaşıblar. Hazırlıq bu gün də bir məşqlə davam edəcək.
Avqustun 26-da “Azərsun arena”da keçirəcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:30-da başlanacaq.