- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Premyer liqanın 8-ci turunda “Zirə” ilə matç “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov üçün əlamətdar olub. Allsport.az xəbər verir ki, o, sözügedən qarşılaşmada fərqlənməklə paytaxt təmsilçisinin heyətində yerli çempionatda 20-ci qolunu vurub.
Mirabdulla “ağ-qaralar”ın heyətində çıxdığı 88-ci matçda qol sayını 20-yə çatdırıb. Debüt etdiyi 2014/15 mövsümündən fasilələrlə Bakı klubunda çıxış edən Mirabdulla ilk qolunu 2017/18 mövsümündə rəqib qapısından keçirib.
Abbasov “Neftçi”nin tarixinə çempionatda 20 və daha çox qol vuran 22-ci oyunçu kimi düşüb. O, bu siyahıda Leonid Kalfaya çatıb. Rekord isə 99 qol vuran Samir Ələkbərova məxsusdur.
“Neftçi” “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib.