- Baxış sayı: 33
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 146
- Fevral 04, 2026
- 0

“Neftçi”nin 3 futbolçusu – Valeh Qəhrəmanlı, Fərid Yusifli və Mahir Həsənov U-17 millisinə dəvət olunub.
Allsport.az saytı xəbər verir ki, aprelin 3-dən 8-dək Bakıda təlim-məşq toplanışına qatılacaq “ağ-qara” üzvləri ayın 9-dan 15-dək Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcəklər.
Bayraqdarın daha 2 futbolusu da U-16-ya çağrılıb. Mirəli Əhmədov və Nihad Cəfərov aprelin 2-dən 6-dək Bakıda olacaq seleksiya xarakterli təlim-məşq toplanışına qoşulacaqlar.