- Baxış sayı: 11
- 21 Noyabr 2024 17:55
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf, adının Rumıniyanın “Styaua” klubu ilə hallanmasına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, açıqlamasında konkret cavab verməyib:
“Deyəcəyim hər şey şərhə yol açacaq. “Styaua” ürəyimdə əbədi olan klubdur. Klub prezidenti Cici Bekaliyə hörmət edirəm, orada nə etmək lazım olduğunu bilən insanlar var. Bu mövzuda müzakirəyə girmək istəmirəm”.
2012-2014 və 2015-2017-ci illərdə “Styaua”nı çalışdıran 47 yaşlı mütəxəssisin “ağ-qaralar”la 2024-cü ilin yayına qədər müqaviləsi var.