- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0
Azərbaycan kubokunun final oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” matçından bir gün əvvəl, yəni sabah baş məşqçi Vəli Qasımovun iştirakı ilə brifinq keçiriləcək. Allsport.az saytı xəbər verir ki, komandanın İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq tədbir saat 17:45-də başlayacaq.
Brifinqdən sonra isə klubun oyunöncəsi son məşqi baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.
Qeyd edək ki, brifinq və açıq məşqdə iştirak etmək istəyən jurnalistlərin təlim-məşq bazasına rahat gedib-gəlmələri üçün “Neftçi” tərəfindən avtobus ayrılacaq. Avtobus saat 17:15-də “Gənclik” metrostansiyası yaxınlığından yola düşəcək.