“Neftçi”nin də üzvü olduğu ECA-dan xeyriyyə layihəsi

Avropa Klubları Assosiasiyasının (ECA) 8 sentyabr 2015-ci il tarixdə Cenevrə şəhərində keçirilmiş 15-ci Baş Assambleyasında qaçqın həyatı yaşayan vətəndaşlara dəstək olmaq və ehtiyacı olan insanlara köməklik göstərmək üçün hərəkata başlamaq haqqında qərar qəbul edilib. Allsport.az xəbər verir ki, ECA-nın üzvü olan “Porto” klubu tərəfindən irəli sürülən ilkin ideyaya əsasən Avropa Klublar Birliyi UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası 2015/2016 mövsümünün qrup mərhələsinin iştirakçılarından ilk ev oyununda satılacaq hər biletdən 1 avro ianə etməsini xahiş edib.

Sözü gedən layihə “90 MİNUTES FOR HOPE” şüarı altında keçiriləcək. İanələr Avropa Klublar Birliyinin müəyyən etdiyi “90 MİNUTES FOR HOPE” bank hesabında toplanacaq. Fondun əməkdaşlıq edəcəyi təşkilatlar bu vəsaitin ehtiyacı olan insanlara çatdırılmasına yardım edəcək.

ECA tərəfindən başlanılan hərəkata Avropa miqyaslı yarışlarda iştirak etməyən klublar da könüllü olaraq qoşula bilərlər.

Həmin kateqoriyadan