“Neftçi”nin forvardı “Levski”nin düşərgəsində nə gəzirmiş?

“Neftçi”nin hücumçusu Anyete Bolqarıstana səfəri və bu ölkənin “Levski” klubuna keçəcəyi barədə yayılmış xəbərlərə münasibət bildirib. Allsport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:

“Bolqarıstana bəzi sənədləri düzəltməyə getmişdim və fürsətdən istifadə edərək “Levski”nin oyununa baxdım. Çünki futbol oynamağı sevdiyim kimi, baxmağı da sevirəm. Amma mən “Levski”yə qayıtmaq barəsində heç kimlə nə danışıq aparmışam, nə də söhbət etmişəm. Mənə iki dəfə yaxınlaşıb müsahibə almaq istəsələr də, razılaşmadım. Bolqarıstan mediasında yer almış açıqlamalar isə həqiqəti əks etdirmir. Konkret deyim ki, “Levski”yə qayıdacağıma ümid edənləri sevindirə bilməyəcəm”.

Anyete paytaxt klubunu tərk etmək barədə düşünmədiyini diqqətə çatdırıb: “Neftçi”də xoşbəxtəm. Məşqçilər, komanda yoldaşlarım və rəhbərlik mənə böyük etimad göstərir, Azarkeşlərimiz isə sadəcə, möhtəşəmdir. Mən bu etimadı doğrultmaq, azarkeşlərimizi qələbələrlə sevindirmək istəyirəm”.

Həmin kateqoriyadan