- Baxış sayı: 25
- 28 Noyabr 2024 11:23
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
“Bu mövsüm də hədəfimiz çempionluqdur. Ümid edirəm ki, ötən mövsüm əldə etdiyimiz çempionluq titulunu qoruyacağıq”.
Allsport.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin futbolçusu Mərt Çəlik klubun rəsmi televiziyasında yayımlanan “Akademiya gündəliyi” verilişində qonaq olarkən deyib.
21 yaşlı müdafiəçi hər il çempionluğu hədəflədiklərini bildirib: “Çünki “Neftçi”nin yalnız bir hədəfi var. O da çempionluqdur. Bu mövsüm də onu ən yaxşı şəkildə gerçəkləşdirəcəyik”.
Çelik avrokuboklarda həm məyus olduqlarını, həm də təcrübə qazandıqlarını diqqətə çatdırıb: “İlk dəfə avrokuboklarda oynadım. çempionlar liqası, Avropa liqası və konfrans liqası görüşlərində çox üzüldüm, həm də təcrübə qazandım. Amma ən böyük məyusluğu Yunanıstanda “Olimpiakos”a qarşı çempionlar liqasının II təsnifat mərhələsinin oyununda qırmızı vərəqə alaraq yaşadım”.
Onun sözlərinə görə, avrokuboklardakı uğursuzluğumuzun ən böyük səbəbi təcrübəsizlik olub: “Gənc komandayıq. Bu mövsüm təcrübə qazandıq, öz oyunumuzu göstərə bilmədik. Növbəti avrokubok qarşılaşmaları daha fərqli olacaq. Gələn mövsüm tam fərqli yerlərdə olacağıq”.
Hədəfinin Azərbaycan və Türkiyəni təmsil etməkdən ibarət olduğunu deyən Çelk təklif olarsa, yalnız xarici kluba keçməsinin mümkünlüyünü vurğulayıb: “Bura gələrkən “Neftçi”nin Azərbaycanın ən böyük klubu olduğunu hiss etdim. Çox xoşbəxtəm. Klub mənimlə müqaviləni yeniləmək istədiyi müddətdə karyerama burada davam edəcəyəm. Azərbaycanda “Neftçi”dən başqa heç bir komandada oynamaq istəmirəm. Klub məni istəməyənədək heç bir yerə getmərəm. Xarici klublardan təklif gəlsə, “Neftçi” və mənim üçün faydalı olacağı təqdirdə, müqavilə ilə məxsus olduğum Türkiyə “Başakşəhər”inə də yarasa, oturub danışacağıq. Yəni, xarici kluba keçə bilərəm”.