- Baxış sayı: 163
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 163
- Dekabr 05, 2025
- 0
“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kanenin dəyəri bəlli olub. Allsport.az saytı xəbər verir ki, qvineyalı futbolçunun müqavilə ilə məxsus olduğu “Olimpiakos” klubu onun transfer qiymətini müəyyənləşdirib.
Mövsümün ilk yarısını icarə əsasında Azərbaycan çempionunda keçirən 25 yaşlı oyunçunun qiyməti 1 milyon avroya bərabər göstərilib.
Hazırda yığmanın düşərgəsində olan futbolçunun mövsümün sonuna qədər “Neftçi”də qalacağı, yoxsa Yunanıstan klubuna dönəcəyi hələ bəlli deyil.