- Baxış sayı: 23
- 25 Aprel 2025 11:49
- Baxış sayı: 42
- Aprel 25, 2025
- 0
Allsport.az xəbər verir ki, Bakının “Neftçi” klubunun hücumçusu Mateus Saldanya PARİ premyer kubokunun ilk turunda Sankt Peterburq “Zenit”inə 1:3 uduzduqları matçdan sonra fikirlərini bölüşüb. Penaltidən qol vuran hücumçu bunu deyib:
““Zenit”dən çağırsalar və kluba dəvət etsələr, dərhal razılaşardım. Amma burada hər şey hazırkı komandamın nümayəndələrindən asılıdır, çünki mən indi müqavilə bağlamışam.
Matçda ab-hava çox yaxşı idi. Gözəl stadion təcrübəsi. Oraya çatan kimi dərhal telefonumu çıxarıb çəkilişlərə başladım”.
Ötən mövsüm 23 yaşlı futbolçu “Neftçi”nin heyətində 20 oyun keçirib, 5 qol vurub, 1 məhsuldar ötürmə edib.