- Baxış sayı: 212
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 212
- Dekabr 05, 2025
- 0

Azərbaycan premyer liqasının 16-cı turunda keçirilən “Neftçi” – “Keşlə” oyunu əlamətdar hadisə ilə yadda qalıb. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın qış fasiləsində aldığı Canluka Sansone debüt edib.
31 yaşlı hücumçu 82-ci dəqiqədə digər yeni transfer yunanıstanlı Vangelis Platellasın əvəzləyib. O, 1992-ci ildən bu yana Azərbaycan milli çempionatları tarixində çıxış edən ilk italiyalı futbolçu olub.