“Neftçi”nin keçmiş qapıçısı: İndi “İnter”in çox kiçik bir büdcəsi var, “Mladost” onu keçə bilər

Uzun müddət “Neftçi”də çıxış etmiş, hazırda Qazaxıstanın “Okjetpes” klubunun oynayan serbiyalı qapıçı Saşa Stamenkoviç ölkəsinin mətbuatına danışıb. Allsport.az saytı xəbər verir ki, təcrübəli qolkiper Avropa liqasının 1-ci təsnifat mərhələsində Bakı “İnter”inə rəqib olan “Mladost” (Serbiya) klubunun şanslarını dəyərləndirib:

“Azərbaycan klublarına və bu ölkənin mentalitetinə yaxşı bələdəm. İki mövsüm əvvəl ölkəmizin “Çukariçki” klubu “Qəbələ”yə rəqib olmuşdu. İlk oyunda qalib gəlməyimizə baxmayaraq, “Qəbələ” cavab matçında cütün taleyini həll etmişdi. Hazırda “İnter”in çox kiçik bir büdcəsi var. Onlar əvvəlki gücündə deyil.

Bakıdakı oyunda “İnter” qalib gəlmək üçün çalışacaq və azarkeşlərin dəstəyindən yararlanacaq. Nenad Milovanoviç güclü məşqçidir və inanıram ki, “Mladost”u “İnter”lə oyunlara yaxşı hazırlayacaq. Futbolda hər zaman hər şey mümkündür”.

Xatırladaq ki, Saşa Stamenkoviç 2011-15-ci illərdə “Neftçi”də çıxış edib.

Həmin kateqoriyadan