- Baxış sayı: 9
- 25 Noyabr 2024 19:38
- Baxış sayı: 9
- Noyabr 25, 2024
- 0
“Sumqayıt” premyer liqanın 13-cü turunda səfərdə “Neftçi” üzərində 2:1 əzmkar qələbə qazanıb. Alsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abbasov bunu deyib:
“Oyuna kimi olan vəziyyəti sizə danışım. Necə edək, nə edək deyə fikirləşirdik. Vəziyyət çox gərgin idi. Nəyə görə? Oktavio, İsa, Ninqa və Kamran oyunu buraxmışdı.
Məcburi Səbuhini və Roi Kehatı vinger oynatdıq. Dünən gecə futbola baxıdığım yerdə birdən bir video göndərildi. “Neftçi” TV video düzəldib. Sumqayıtda məndən oyundan sonra müsahibə alırdılar. İşıqlar söndü.
Çıxıb gedə bilərdim, amma mediaya qarşı öz qabiliyyətimi göstərdim. “Neftçi”nin media departamentinin rəhbərinə də bonus düşür. Sağolsunlar, “Sumqayıt”ın qələbəsində onların da rolu oldu”.